Hindistanlı onu sancmış zəhərli ilanı dişləyərək öldürüb


Hindistanın Bihar əyalətində zəhərli ilan tərəfindən sancılan dəmiryol işçisi Santoş Lohar tutduğu ilanı iki dəfə dişləyərək öldürüb.



Hindistanda bir şəxs onu sancmış zəhərli ilanı iki dəfə dişləyərək öldürüb.

Hadisə Navada şəhərindəki dəmir yolu tikintisində baş verib.

Dəmiryol işçisi Lohar tikintidə yatarkən onu zəhərli ilan sancıb. Bu vəziyyətdən hiddətlənən 35 yaşlı Lohar dəmir çubuqla tutduğu ilanı iki dəfə dişləyərək öldürüb: "Kəndimizdə belə bir inanc var ki, ilan səni dişləsə, zəhəri zərərsizləşdirmək üçün sən də onu iki dəfə dişləməlisən", - Lohar deyib.

Hadisədən sonra dəmiryol işçiləri Loharı müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparıblar.

Xəstəxanadan verilən açıqlamada müalicəsi davam edən Loharın həyati təhlükəsinin olmadığı, səhhətinin yaxşılaşdığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu