Belçikada hökumət böhranı 150-ci gündür davam edir


İyun ayında Belçikada keçirilən seçkilərdən sonra hökumət hələ də formalaşmayıb.



Krallığın bəyanatına görə, kral Filip seçkinin qalibi, Flamand millətçi N-VA partiyasının lideri Bart De Veveri sarayda qəbul edib.

Koalisiya danışıqları heç bir nəticə vermədiyi üçün De Vever hökumət qurmaq vəzifəsini krala qaytarıb.

Kral De Veverin istefasını qəbul etməyib və danışıqları davam etdirmək üçün noyabrın 12-dək vaxt verib.

Digər tərəfdən, koalisiya danışıqlarında iştirak edən yeganə sol təmayüllü Flamand partiyası Vooruit danışıqlardan çəkildiyini açıqlayıb.

Belə ki, iyunun 9-da keçirilən seçkilərdən 150-ci gün keçməsinə baxmayaraq, hökumət hələ də formalaşmayıb.

Mənnbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu