Meksika Trampın təhdidindən sonra 1 gündə 5 min 234 immiqrantı saxladı


ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp narkotik və immiqrant axınını dayandırmasa, Meksikadan gələn bütün məhsullara 25 faiz gömrük rüsumu tətbiq edəcəyini açıqlamasından sonra Meksika rəhbərliyinin ölkə daxilində bir yerdə 5234 immiqrantı saxladığı açıqlanıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Meksika ordusu və immiqrasiya orqanları ölkə daxilində mühacirlərə qarşı əməliyyat keçirib. Əməliyyat zamanı bir gündə 5 min 234 immiqrant saxlanılıb.

Meksika prezidenti Klaudiya Şeynbaum 2023-cü ilin dekabrından 2024-cü ilin noyabrına qədər Meksika-ABŞ sərhədində miqrantların hərəkətliliyinin 75 faiz azaldığını əsas gətirərək hökumətin immiqrasiya siyasətini müdafiə edir.

Lakin Meksikanın cənub sərhədindəki vəziyyət fərqli reallığı əks etdirir.

Meksikanın İmmiqrasiya Siyasətləri, Qeydiyyat və Şəxsiyyət Vahidinə (UPMRIP) görə, 2024-cü ilin iyul ayına olan məlumata əsasən, Latın Amerikası, Asiya və Afrikadan olan 229.379-dan çox immiqrant Meksikanın Qvatemala ilə həmsərhəd olan cənubundakı Çiapas əyaləti vasitəsilə ölkəyə daxil olub.

Bu rəqəm 2023-cü illə müqayisədə 24 faiz, 2022-ci illə müqayisədə isə 80 faiz artımdan xəbər verir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu