Meksikada cinayətkar təşkilata qarşı keçirilən əməliyyatda 16 nəfər ölüb


Meksikanın cənubunda təhlükəsizlik qüvvələrinin cinayət təşkilatına qarşı keçirdiyi əməliyyatda 16 nəfər ölüb.



Meksikanın Qerrero ştatının Tecpan de Qaleana qəsəbəsində keçirilən əməliyyat zamanı əsgərlərlə cinayətkar təşkilatın üzvləri arasında qarşıdurma yaranıb.

Qarşıdurmada 16 nəfər ölüb, 3-ü əsgər olmaqla çoxlu sayda insan yaralanıb.

Səlahiyyətlilər açıqlamalarında əməliyyatın silahlı şəxslərin hərbi obyektlərə hücumundan sonra həyata keçirildiyini bildiriblər.

Meksika prezidenti Klaudiya Şeynbaum Milli Sarayda keçirilən mətbuat konfransında hadisələri yaxından izlədiklərini və prosesin baş prokurorluq tərəfindən həyata keçirildiyini bildirib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu