Meksikada narkotik kartelləri arasında baş verən qarşıdurmada 19 nəfər ölüb


Meksikanın cənubunda narkotik kartelləri arasında baş verən qarşıdurmada 19 nəfər ölüb.



Meksika mətbuatında yer alan xəbərə görə, Qvatemala ilə sərhəddə yerləşən Çiapas əyalətinin La Konkordiya qəsəbəsində ağır silahları olan iki dəstə arasında qarşıdurma baş verib.

Hadisədə tərəflərdən 19 nəfər həyatını itirib. Ölənlərdən 4-nün qvatemalalı olduğu məlum olub.

Dövlət Katibliyindən verilən açıqlamaya görə, münaqişənin Sinaloa karteli ilə Chiapas karteli arasında baş verdiyi və mübahisənin sərhəd bölgələrindəki narkotik marşrutundan qaynaqlandığı təxmin edilir.

Hadisə yerinə çox sayda polis qrupu sövq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu