İranda qaçaqmalçılarla qarşıdurmada 1 əsgər öldü, 2 əsgər yaralandı


İranın şərqində Əfqanıstanla sərhəddə yerləşən Cənubi Xorasan əyalətində sərhədçilər ilə narkotik qaçaqmalçıları arasında baş verən qarşıdurmada 1 əsgər ölüb, 2 əsgər yaralanıb.



İran dövlət televiziyasının məlumatına görə, Cənubi Xorasan əyalətinin sərhəd bölgəsində sərhədçilər ilə narkotik qaçaqmalçıları arasında münaqişə baş verib.

Qarşıdurmada sərhəd zastava komandiri olduğu bildirilən leytenant Əli Rıza Mozen həyatını itirib, 2 sərhədçi isə yaralanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu