Yunanıstanda məişət zorakılığı halları keçən illə müqayisədə təxminən iki dəfə artıb
Yunanıstanda ilin əvvəlindən polisə bildirilən məişət zorakılığı hallarının əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığı bildirilir.
Yunanıstan Polis Xidmətinin sözçüsü Konstantina Dimoglidu Yunanıstan Dövlət Televiziyası ERT-ə verdiyi açıqlamada məişət zorakılığı hallarını dəyərləndirib.
Bu il polisə bildirilən məişət zorakılığı hadisələrinin əvvəlki illərə nisbətən daha çox olduğunu ifadə edən Dimoglidu "Bu il keçən ilə nisbətən az qala iki dəfə çox ailə içi şiddət şikayəti aldıq" deyib.
"Panik düyməsi" sayəsində hadisələrin daha asan bildirildiyini vurğulayan Dimoglidu "Bu il bizə müraciət edən qadınların bəziləri həqiqətən də ötən illərdə şiddətə məruz qaldıqlarını açıqlayıblar. Bu da qadınların artıq əvvəlki illərdəkindən daha asan polisə müraciət etmə gücünə sahib ola bildiklərini göstərir. Bunun ən əhəmiyyətli səbəblərindən biri də qadınları və uşaqları qorumaq üçün hazırlanmış "panik düyməsi" kimi yeni tətbiqlərdir" deyə qeyd edib.
Qeyd edək ki, Yunanıstanda məişət zorakılığı zamanı polis çağırıla bilməsi üçün mobil telefonlara quraşdırılan “panik düyməsi” adlı proqram var və basıldığında birbaşa polisin gəlməsinə səbəb olur.