Nyu Yorkda taksi sürücüsü avtomobili piyadaların üzərinə sürüb

Nyu-Yorkun mərkəzində taksinin piyada izdihamı üzərinə çırpılması nəticəsində 6 nəfər xəsarət alıb.
AFN.az xəbər verir ki, bu barədə "Fox News" məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 25-də protestantların və katoliklərin qeyd etdiyi Milad bayramı ərəfəsində yerli vaxtla saat 16:00 radələrində, Manhettenin mərkəzindəki Herald meydanında baş verib.
Altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbləri barədə hələlik məlumat verilməyib.