ABŞ-da stadionda tamaşaçıların üzərinə fişəng düşüb - 6 nəfər xəsarət alıb


ABŞ-da bir stadionda Müstəqillik Günü şənliyi zamanı tamaşaçıların üzərinə fişəng düşüb. Qəza nəticəsində xəsarət alan azı 6 nəfər xəstəxanaya yerləşdirilib.



ABŞ-ın Yuta ştatında 4 iyul Müstəqillik Günü musiqi festivalında atəşfəşanlıq zamanı qəza baş verib.

"LaVell Edvards" stadionunda atəşfəşanlıq zamanı problem yaranıb və fişəngin bir hissəsi tribunadakı tamaşaçıların üzərinə düşüb.

Hadisə zamanı çoxlu sayda tamaşaçı xəsarət alıb.

Polis fişəngin üzünə dəyməsi nəticəsində bir nəfərin ağır yaralandığını açıqlayıb.

Hadisədə yaralanan 6 nəfər xəstəxanaya aparılarkən, festivalın qəzadan sonra da davam etdiyi öyrənilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu