ÜST rəhbəri İsrailin hücumu zamanı Yəmən hava limanında olub


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsrailin Yəmənin paytaxtı Səna beynəlxalq hava limanına zərbə endirdiyi vaxtda orada olub.


AFN.az xəbər verir ki, bu barədə o özü X hesabında yazıb. Qeyd edib ki, o, hava hücumunda xəsarət almayıb.

“Təxminən iki saat əvvəl Sənada uçuşumuza minən zaman hava limanı havadan bombardmana məruz qald. Təyyarəmizin ekipaj üzvlərindən biri yaralanıb. Mən və təşkilatımızın əməkdaşları, həmçinin BMT nümayəndəsi hazırda təhlükəsizik”.

Qebreyesus Yəmənin paytaxtına BMT əməkdaşlarının azad edilməsi ilə bağlı danışıqlar aparmaq və ölkədəki humanitar vəziyyəti qiymətləndirmək üçün gəldiyini izah edib.

ÜST rəhbəri əlavə edib ki, o, təyyarəsinin Sənadan qalxa bilməsi üçün hava limanında dəymiş ziyanın aradan qaldırılmasını gözləyir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu