Tramp Şahzadə Harrini deportasiya etməyəcək: Həyat yoldaşı qorxunc insandır
![](/uploads/posts/2025-02/prens-harry-reu-1874536_1.jpg)
ABŞ prezidenti Donald Tramp 2024-cü ildə deportasiya edəcəyinə eyham vurduğu İngiltərə kralı III Çarlzın oğlu, Şahzadə Harrinin həyat yoldaşı, Susseks hersoqu Meqan Marklı deportasiya etmək istəmədiyini və onunla kifayət qədər problemlərinin olduğunu bildirib.
Tramp Şahzadə Harrinin 2024-cü ildə deportasiya oluna biləcəyinə işarə edən şərhləri ilə bağlı “The New York Post”a açıqlama verib.
Şahzadə Harrini deportasiya etməklə maraqlanmadığını vurğulayan Tramp, "Bunu etmək istəmirəm. Onu rahat buraxacağam. Onun həyat yoldaşı ilə kifayət qədər problemləri var. Həyat yoldaşı qorxunc insandır" deyib.
"Düşünürəm ki, yazıq Harri nəzarət altındadır" deyə Tramp bildirib.
Xatırladaq ki, Tramp 2024-cü ilin martında eyham vurmuşdu ki, əgər yenidən prezident seçilsə, Şahzadə Harri viza sənədlərində narkotik istifadəsi ilə bağlı yalan danışdığı aşkar edilərsə ABŞ-dan deportasiya oluna bilər.
Şahzadə Harri daha əvvəl 10 yanvar 2023-cü ildə nəşr olunan "Ehtiyat" kitabında bəzi dərmanlardan istifadə etdiyini qeyd etmişdi.
Kitabdakı bu etirafdan sonra Amerika beyin mərkəzi Heritage Foundation ABŞ Daxili Təhlükəsizlik Departamentinə (DHS) qarşı məhkəmə iddiası qaldıraraq Şahzadə Harrinin immiqrasiya qeydlərinə giriş tələb edib.
Qeyd edək ki, ABŞ-a giriş üçün bəzi viza müraciətləri ərizəçilərdən narkotik vasitələrdən istifadə edib-etməmələri ilə bağlı suallara cavab vermələrini tələb edir. Narkotik istifadəçilərinin müraciətləri rədd edilə bilər.