Dörd metrlik timsah bir ildə üç nəfəri yeyib

Hindistanda eyni timsah son bir ildə üç nəfəri parçalayıb.
AFN.az xəbər verir ki, bu barədə “The Times of India” yazıb.
Qucarat əyalətinin Dabhoi bələdiyyəsinin Orsanq çayı boyunca yerləşən bir neçə kəndinin sakinləri ərazidə yaşayan insan yeyən timsah səbəbindən suya yaxınlaşmaqdan çəkinirlər. Martın 9-da o, sahil yaxınlığında balıq tutan 45 yaşlı Pahadsinh Vasavaya hücum edib. Hadisə şahidləri dörd metrlik sürünənin hərəkətini sadəcə müşahidə edə biliblər. ahadsinh Vasava son 12 ayda yırtıcının üçüncü qurbanı olub.
Ümumilikdə, timsahın beş nəfəri yediyi bildirilir. Ötən ilin aprelində sürünən 22 yaşlı Mehul Dhangiyaya hücum edib. Və iyul ayında, eyni yerdə, Pravin Tadvi həyatla vidalaşıb.
Hakimiyyət orqanlarının timsahı tutmağı planlaşdırıb-planlaşdırmadığı məlum deyil. Çayın təhlükəli hissəsinə yaxın kəndlərdə insanları təhlükədən qorumaq üçün məlumatlandırma kampaniyası aparılır.