Aborigenlər qorxunc timsahı yedilər


Avstraliyada uşaqları qovaraq itləri öldürən timsah tutulduqdan sonra aborigenlər heyvanı yeyiblər.



Ötən həftə Bulla qəsəbəsində baş verən hadisədə uzun müddətdir uşaqlara və itlərə hücum edən 3,6 metrlik timsah yaxalanıb.

Polisin verdiyi açıqlamada qrupların timsahın yerli camaat üçün ciddi risk təşkil etdiyi səbəbiylə öldürdükləri ifadə edilib.

Şimal Ərazi Polis Xidmətindən Endryu Makbrayd bildirib ki, onlar yerli icmanın tanınmış liderləri, həmçinin Milli Park və Vəhşi Təbiəti Mühafizəsi rəsmiləri ilə görüşüb və timsahı öldürmək qərarına gəliblər.

Makbrayd bildirib ki, timsah daha sonra yerli sakinlər tərəfindən ənənəvi şəkildə bişirilib yeyilib.

Mənbə: CNN International



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu