Çində daşqın zamanı fermadan qaçan 70-dən çox timsah axtarılır


Regional hakimiyyət orqanları Çinin cənubunda daşqınlar zamanı fermadan qaçan 70-dən çox timsahı tapmaq üçün əməliyyata başlayıb.

Çin mətbuatında yer alan xəbərlərə görə, ölkənin cənubundakı Quandun əyaləti güclü yağış və daşqınların təsiri altındadır. Quanqdonqun Maominq şəhərində bir ferma da su altında qalarkən, oradakı 70-dən çox timsah qaçıb.

Bölgə rəhbərliyi timsahları tutmaq üçün əməliyyata başlasa da, yerli əhaliyə çölə çıxmamaq barədə xəbərdarlıq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu