Martın 18-dən bəri Qəzzada 1400-dən çox fələstinli öldürülüb


Martın 18-də Qəzza zolağında döyüşlərin bərpasından bu yana 1400-dən çox fələstinli ölüb, 3600-dən çoxu yaralanıb.


AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyi məlumat yayıb.

Qəzza Səhiyyə Nazirliyinin Telegram kanalında yayımladığı bəyanatda deyilir: "Martın 18-dən bəri Qəzzada ölənlərin sayı 1449-a çatıb, daha 3647 nəfər yaralanıb. 2023-cü ilin oktyabr ayından Qəzzada öldürülən fələstinlilərin sayı 50 810 nəfərə çatıb, 115 688 nəfər isə yaralanıb".

Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında razılaşdırılmış atəşkəsi pozub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu