Ölümcül göbələk xəstəliyi qlobal istiləşmə ilə yayıla bilər

Yeni bir araşdırma isti bölgələrdə yayılmış ölümcül bir göbələk xəstəliyinin qlobal istiləşmə səbəbindən yayıla biləcəyini ortaya qoyub.
Mançester Universitetinin alimlərinin yeni araşdırmasına görə, Aspergillus fumigatus cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər.
Mütəxəssislər bu növün Afrika və Cənubi Amerikadan şimala Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar.
Tədqiqat həmçinin qeyd edib ki, yayılma dərəcəsi qalıq yanacaq istifadəsi və istixana qazı emissiyalarından asılıdır.
Tədqiqatın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn göbələklərin müalicəsinin son dərəcə çətin olduğunu vurğulayıb və lazımi ehtiyat tədbirlərinin görülməsinə çağırıb.
Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər.
Bunun təkcə Avropa qitəsində 9 milyona yaxın insanın sağlamlığını təhlükə altına atacağı bildirilərək, xroniki ağciyər xəstəliklərinin və immun sistemi zəif olan insanların diqqətli olmağı məsləhət görülüb.