On yaşlı Mübarizin dəstəyə ehtiyacı var: Ağır xəstəlikdən əziyyət çəkir


On yaşlı Mübarizin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.


Bu barədə Oxu.Az-a onun anası Sayilə Əsgərova məlumat verib.

O bildirib ki, övladı kəskin leykoz xəstəliyindən əziyyət çəkir:

"Mübarizin dörd yaşı olanda qızdırması qalxdı, nə qədər həkimə getsək də, onun dərdinin çarəsini tapa bilmədik. Daha sonra bizi Bakıda Onkoloji Mərkəzə yolladılar. Burada övladıma kəskin leykoz diaqnozu qoyuldu. Həmin gündən də onun müalicələrinə, qanköçürmə əməliyyatlarına başlamışıq. Artıq altı ildir ki, övladım bu ağır xəstəliyin pəncəsindədir".

Sayilə Əsgərova özündə olan onkoginekoloji xəstəliyə görə ötən il ağır əməliyyat keçirdiyini deyib:

"Bir neçə ay əvvəl mənim də bu ağır xəstəlikdən əziyyət çəkdiyimi öyrəndik. Təcili əməliyyat olundum. İnanın, aylardır nə işləyə, nə də maddi kömək tapa bilirəm. Mübariz yeddiaylıq olarkən atası vəfat edib, iki övladımla tək qalmışam. Mübarizin aylıq müalicəsi üçün bizim 600-700 manata ehtiyacımız olur. Müalicələri bir müddətdir imkansızlıqdan dayanıb. Burnundan dayanmadan qan gəlir, vəziyyəti ağırlaşıb. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (051) 539-33-95.

"Kapital Bank": 4169 7414 0965 7697.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu