Araşdırma: Yeməyi az çeynəyən uşaqlar piylənməyə daha çox meyillidir


Yaponiyada aparılan yeni bir araşdırma yeməkləri kifayət qədər çeynəməyən, sürətli yeyən və ağzı dolu halda qida qəbul edən uşaqların piylənməyə daha çox meyilli olduğunu ortaya çıxarıb.

Osaka Universitetinin alimləri 9-10 yaş aralığında olan təxminən 1400 uşaq üzərində apardıqları tədqiqatda çeynəmə vərdişlərinin piylənməyə təsirini araşdırıblar.

Tədqiqat nəticəsində məlum olub ki, yeməkləri az çeynəyən uşaqlar düzgün çeynəyən həmyaşıdları ilə müqayisədə piylənmə riski baxımından daha yüksək göstəricilərə malikdirlər. Eyni zamanda, sürətli yeyən və ağzı dolu halda yeməyə davam edən uşaqların da bu xəstəliyə qarşı daha həssas olduqları müəyyən edilib.

Statistik nəticələrə görə, zəif çeynəmə vərdişi olan uşaqların piylənməyə tutulma ehtimalı 1,5 dəfə, sürətli yeyən uşaqların isə bu riski təxminən 2 dəfə artır.

Piylənmə meylinin xüsusilə oğlan uşaqlarında daha çox müşahidə edildiyi bildirilib. Araşdırmanın sonunda 167 uşaq "piylənmiş" kateqoriyasına daxil edilib.

Tədqiqatın nəticələri "Science Direct" platformasında dərc olunub.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu