Netanyahu: HƏMAS dərhal silahı qoymalı və girovları azad etməlidir
İsrailin baş naziri Binyamin Netanyahу BMT Baş Assambleyasındakı çıxışında HƏMAS-dan dərhal silahı qoymağı və İsrail girovlarını azad etməyi tələb edib.
AFN.az-ın xarici mediaya istinadən xəbərinə görə, o bildirib ki, bunu etsələr, radikal döyüşçülərə həyat veriləcək və Qəzza sektorunda döyüşlər dayandırılacaq.
Netanyahu qeyd edib ki, onun müraciətinin səsləndirilməsi yalnız İsrail–Qəzza sərhədində quraşdırılmış səsgücləndiricilər vasitəsilə deyil, İsrail xüsusi xidmətlərinin xüsusi səyləri sayəsində HƏMAS liderlərinin mobil telefonlarına da birbaşa çatdırılır.
“İndi sizə deyirəm: silahı qoyun, xalqımı buraxın, girovları — bütün 48 nəfəri dərhal azad edin. Əgər bunu etsəniz, yaşayacaqsınız. Əks halda İsrail sizi tapıb məhv edəcək. Əgər HƏMAS tələblərimizlə razılaşsa, müharibə dərhal dayana bilər”, — deyə Netanyahу vurğulayıb.
Baş nazir qeyd edib ki, radikallar təklifi qəbul edib döyüşlər dayandırılsa, Qəzza demilitarizə edilər, İsrail təhlükəsizlik sahəsində üstün nəzarəti saxlayar, sülh tərəfdarlarından və Qəzza sakinlərindən ibarət mülki idarəçilik təşkil edilər.
