KİV: İsrail şərtlərə əməl etməsə, HƏMAS girovları azad etməyəcək
![](/uploads/posts/2025-02/7e08236bf3_hemas3.jpg)
İsrail anklavda atəşkəs razılaşmasının şərtlərinə əməl etməsə, HƏMAS Qəzza zolağında qalan girovları azad etmək niyyətində deyil.
AFN.az xəbər verir ki, bu barədə HƏMAS-ın "Əl Ərəbiyyə" telekanalında yayılan bəyanatında bildirilir.
HƏMAS Trampın "fevralın 15-dək girovlar azad edilməsə, cəhənnəm söküləcək” sözlərinə cavab olaraq “Təhdid dili vəziyyəti çətinləşdirir və yersizdir” - deyə cavab vedib: "HƏMAS Qəzza razılaşmasına sadiqliyini bir daha təsdiqləyir. Qəzza razılaşmasının şərtlərinə riayət etmək girovları azad etməyin yeganə yoludur", - təşkilatın bəyanatında deyilir.