HƏMAS razılaşmanın ilk mərhələsində 34 girovu azad etməyə razılaşıb


HƏMAS Qəzza zolağında atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində İsrail siyahısından 34 girovu azad etməyə razılaşıb.


Bu barədə “Asharq” telekanalı təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, İsrailin təqdim etdiyi və HƏMAS-ın təsdiqlədiyi siyahı danışıqların son raundunda razılaşdırılmış meyarlara cavab verir. Buraya Qəzza zolağında saxlanılan qadınlar, uşaqlar və xəstələr daxildir. Qeyd edildiyi kimi, hərəkat bu girovları azad etməyə razılaşıb, lakin onların sağ olub-olmadığını dəqiq müəyyən etmək üçün təxminən bir həftə vaxt lazım olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu