Luvr soyğununda şübhəlilər etiraf etdilər
Parisdəki Luvr muzeyində Fransa taç daş-qaşlarının oğurlanması ilə bağlı saxlanılan iki şübhəli cinayətlərini etiraf edib. Paris Prokurorluğu şübhəlilərin həbs edilərək həbsxanaya göndərildiyini açıqlayıb.
Prokurorluqdan verilən məlumata görə, oğurlanan daş-qaşlar hələ tapılmayıb. Hər iki şübhəli çərşənbə günü istintaq hakimi qarşısına çıxarılaraq "mütəşəkkil oğurluq" və “cinayət məqsədli əməkdaşlıq” ittihamları ilə rəsmi araşdırmaya cəlb edilib.
Qeyd edək ki, şübhəlilər şənbə axşamı tutulub və dörd gün ərzində sorğuya çəkiliblər.
Şübhəlilərdən biri əvvəllər yol hərəkəti qaydalarını pozmuş 34 yaşlı Əlcəzair vətəndaşı olub. Hadisə yerində tapılan skuterdən götürülmüş DNT nümunələri vasitəsilə müəyyən edilib.
Digər şübhəli isə Parisin ətrafındakı Oberlier şəhərindən olan, qanunsuz taksi sürücüsü və kuryer kimi çalışan 39 yaşlı Fransa vətəndaşıdır. O, əvvəllər ağır cinayətlərə görə məhkumluq həyatı yaşayıb və DNT izi qırılmış vitrin şüşəsində aşkarlanıb.
Rəsmi şəxslər qeyd ediblər ki, soyğuna daxildən yardım göstərildiyinə dair heç bir sübut yoxdur.


