Parisdə saxta Olimpiya medalları alverçisi həbs edilib
Fransada saxta Olimpiya medalları satan şəxs həbs edilib.
"Le Parisien" qəzetinin məlumatına görə, axtarış zamanı həmin şəxsin üzərində 800-dən çox saxta mükafat və 500 avroluq saxta əskinas aşkar edilib.
Polis alverçini avqustun 5-də Parisin 12-ci rayonunda Rue Bercy küçəsində yaxalayıb.
39 yaşlı braziliyalıdan kordonlu 198 tam medal, şnursuz 666 qismən medal, Paris 2024 loqosu və möhürü olan 655 mərkəzi altıbucaqlı bəzək, Paris 2024 möhürü olan 727 kordon, 1340 avro pul və bir saxta 500 avroluq əskinas götürülüb.
Şübhəli şəxs istintaqa qədər nəzarətə götürülüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onun satış üçün malı haradan aldığını müəyyənləşdirirlər.
Qeyd olunur ki, həmin şəxs Fransaya iyulun 23-də açılış mərasimindən əvvəl gəlib. O vaxtdan Parisin 10-cu rayonunda yerləşən hosteldə yaşayıb.