Fransada keçirilən Olimpiya Oyunları zamanı 180 nəfər saxlanılıb
Fransanın daxili işlər naziri Gerald Darmanin iyulun 26-da başlayan Olimpiya Oyunları zamanı 180 nəfərin saxlanıldığını bildirib.
Darmanin Parisətrafı məhəllələrdən biri olan Sen-Deni şəhərindəki polis bölməsinə səfəri zamanı yerli mətbuata Olimpiya Oyunları müddətində Parisdə və onun ətrafında ictimai asayişlə bağlı açıqlamalar verib.
2024-cü ilin əvvəlindən paytaxt Paris və ətraflarında cinayət nisbətində ciddi azalma olduğunu bildirən Darmanin, yanvarın 1-dən bu yana bu bölgədə zorakı soyğunçuluq hadisələri 24 faizə, avtomobil oğurluğu 10 faizə və ictimai nəqliyyatda şiddət nisbəti 40 faizə düşüb.
Darmanin Olimpiya Oyunları başlayandan hər gün zorakılıq hərəkətləri planlaşdırmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını bildirib və terror aktı planlaşdırıldığı barədə məlumat almadıqlarını vurğulayıb.
Darmanin beynəlxalq idman tədbiri başlayandan bəri polisin 200 nəfərə qarşı tədbir gördüyünü və onlardan 180-nin saxlanıldığını açıqlayıb.
Mənbə: AA