Fransada antisemit hadisələrdə iştirak edən 3 nəfər deportasiya edilib


Fransanın daxili işlər naziri Gerald Darmanin antisemit hadisələrdə iştirak edən üç əcnəbinin deportasiya edildiyini açıqlayıb.


Darmanin Sarseles şəhərindəki yəhudi məktəbini ziyarət etdikdən sonra mətbuata açıqlama verib.

Fransalı nazir məktəblər və sinaqoqlar da daxil olmaqla fransız yəhudilərinin sıx olduğu 500 yerin 10 min polis və jandarm tərəfindən qorunduğunu bildirib.

Darmanin oktyabrın 7-dən bəri polisin 50-dən çox antisemit hadisəsi aşkar etdiyini, 20-dən çox adamın saxlandığını və üç əcnəbinin deportasiya edildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu