Son bir ayda İrandan 43 mindən çox əfqan deportasiya edilib


Taliban son bir ayda 43 mindən çox əfqanın İran tərəfindən deportasiya edildiyini, 46 min əfqanın isə öz istəyi ilə ölkələrinə qayıtdığını açıqlayıb.


Müvəqqəti hökumətin immiqrasiya və qayıdış nazirinin müavini Əbdürrəhman Rəşid mövzu ilə bağlı mətbuata açıqlama verib. Son bir ayda 43 mindən çox qanuni sənədi olmayan əfqanın İran tərəfindən deportasiya edildiyini bildirən Rəşid, təxminən 46 min əfqanın öz istəyi ilə ölkələrinə qayıtdığını qeyd edib.

İran rəsmilərinin açıqlamalarında İranda 5 milyona yaxın əfqanın yaşadığı bildirilir.

İran əfqanları əsasən Herat və Nimruz əyalətlərindəki sərhəd keçid məntəqələri vasitəsilə deportasiya edir.

Bu deportasiyalar zaman-zaman artır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu