Bryus Uillisin qızı atasının son vəziyyətini açıqladı


70 yaşlı aktyor Bryus Uillisin böyük qızı aktrisa Rumer Uillis "Instagram"da izləyicilərinin suallarına cavab verərkən atasının bəzi vaxtlarda onu tanımadığını açıqlayıb.

Rumer bildirib ki, atasının onu hər zaman tanımamasına baxmayaraq, o hələ də ailəsinin sevgisinə və istiliyinə reaksiya verir: “Onu qucaqlaya bildiyim üçün minnətdaram – hətta qarşısında kim olduğunu anlamasa belə. Bilirəm ki, mənim ona verdiyim sevgini hiss edir. İçində hələ də bir alov var”.

Aktrisa əlavə edib ki, tez-tez atasına qızı Lueta ilə birlikdə baş çəkir və onunla vaxt keçirir. Rumer qeyd edib ki, frontotemporal demensiya zamanı heç kim özünü yaxşı hiss etmir, buna görə Bryusun vəziyyəti barədə danışmaq çətindir. Buna baxmayaraq, o vurğulayıb ki, atasının vəziyyəti nisbətən sabitdir.

Qeyd edək ki, Bryus Uillis 2022-ci ildə sürətlə pisləşən sağlamlıq vəziyyəti və frontotemporal demensiya diaqnozu səbəbindən karyerasını bitirib. Hazırda o, ailəsindən ayrı, bir mərtəbəli evdə baxım komandası ilə yaşayır.

Aktyorun beş övladı var.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu