Trampdan Müctəba Xamenei açıqlaması: Məmnun deyiləm



ABŞ Prezidenti Donald Tramp İranın yeni liderinin Müctəba Xamenei olaraq müəyyən edilməsindən məmnun olmadığını bildirib.

AFN.az xəbər verir ki, Ağ Ev rəhbəri "New York Post" qəzetinə verdiyi müsahibədə İranla bağlı son vəziyyəti dəyərləndirib.

Tramp İrandakı lider seçimini yaxından izlədiklərini vurğulayaraq, ABŞ-İsrail hücumunda həlak olan İran lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ölkənin yeni rəhbəri seçilməsinə dair "Onun lider olmasından məmnun deyiləm" ifadəsini işlədib və Xamenei ilə hansı prosesi aparacağı barədə şərh verməkdən yayınıb.

ABŞ Prezidenti həmçinin İranın İsfahan şəhərindəki nüvə materiallarının təhlükəsizliyini təmin etmək üçün bölgəyə Amerika hərbçilərini göndərmək kimi bir planının olmadığını qeyd edib. Tramp hazırda bu məsələ ilə bağlı hər hansı qərar qəbul etmədiklərini və bölgəyə əsgər göndərmək fikrindən çox uzaq olduqlarını diqqətə çatdırıb.

Xatırladaq ki, İranda Ekspertlər Şurası fevralın 28-də ABŞ və İsrailin hava hücumu nəticəsində öldürülən Əli Xameneidən sonra liderlik məqamına oğlu Müctəba Xameneinin səs çoxluğu ilə seçildiyini elan etmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu