Britaniya ABŞ-a hərbi bazalarından istifadə icazəsi verdi



Böyük Britaniya hökuməti Hörmüz boğazındakı gəmilərə edilən hücumları əsas gətirərək, İranın raket bazalarına qarşı hava zərbələri endirmək üçün ABŞ-a öz hərbi bazalarından istifadə icazəsi verib.

AFN.az xəbər verir ki, Britaniya Baş nazirinin ofisinin sözçüsünün yaydığı açıqlamaya görə, nazirlər İranın hücumlarını və Hörmüz boğazını bağlamasını müzakirə etmək üçün bir araya gəliblər.

Britaniyanın Hörmüz boğazında beynəlxalq dəniz daşımalarını təhlükəsizlik altına alacaq planlar hazırlamaq məqsədilə tərəfdaşları ilə sıx əməkdaşlıq etdiyini vurğulayan nazirlər, İranın hədəflərini genişləndirməsini pisləyiblər. Nazirlər Britaniya bayrağı altında üzən gəmilərə və müttəfiqlərə qarşı törədilən aktların bölgəni daha böyük böhrana sürükləmək riski daşıdığı barədə həmfikir olduqlarını bildiriblər.

Nazirlər bölgənin kollektiv özünümüdafiəsi çərçivəsində ABŞ-ın Britaniya bazalarından istifadəsinə dair razılaşmanı təsdiqləyiblər. Bu icazə Hörmüz boğazındakı gəmilərə hücum etmək üçün istifadə olunan raket bazalarını və hərbi imkanları zərərsizləşdirməyə yönəlmiş ABŞ müdafiə əməliyyatlarını da əhatə edir.

Britaniyanın Yaxın Şərqdəki münaqişəyə dair yanaşmasının əsas prinsiplərinin dəyişməz qaldığını vurğulayan rəsmilər, Londonun öz maraqlarını və müttəfiqlərini müdafiə etməyə qərarlı olduğunu bəyan ediblər. Açıqlamada beynəlxalq hüquqa uyğun hərəkət etməyin və daha genişmiqyaslı münaqişəyə cəlb olunmamağın vacibliyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu