Pentaqon Yaxın Şərqə 10 min əlavə əsgər göndərir
Pentaqon Tehran ilə sülh danışıqlarını dəyərləndirən Donald Trampa daha çox hərbi seçim təqdim etmək məqsədilə Yaxın Şərqə 10 min əlavə quru qoşunu göndərməyi planlaşdırır.
AFN.az xəbər verir ki, Müdafiə Nazirliyinin məsələyə yaxın rəsmiləri planlaşdırma mərhələsində olan bu addımın hərbi potensialı artırmağı hədəflədiyini bildiriblər.
Tramp sülh danışıqlarının reallaşa bilməsi üçün İranın enerji sektoruna yönəlmiş hücumları 6 aprelə qədər, yəni daha 10 gün dayandırdığını açıqlayıb. Əvvəlcə cümə günü olaraq təyin edilən son müddəti uzadan Tramp bu qərarın İranın istəyi ilə qəbul edildiyini ifadə etsə də, sülh danışıqlarında vasitəçilik edən tərəflər İranın əlavə vaxt tələbində olmadığını qeyd ediblər.
İran Pakistan bayrağı altında üzən bir neçə neft tankerinin Hörmüz boğazından keçidinə icazə verib. Tramp bu jesti ABŞ-a hədiyyə kimi qiymətləndirərək, İran liderlərinin danışıqlarda ciddi olduqlarını göstərdiyini bildirib. Digər tərəfdən, Senatın Silahlı Qüvvələr Komitəsi Tramp administrasiyasının İranla apardığı müharibə ilə bağlı ilk açıq iclasını keçirməyə hazırlaşır.
Pakistan tərəfindən verilən açıqlamada ABŞ və İranın dolayı yolla mesajlaşdıqları və Tehranın Vaşinqtonun təkliflərini nəzərdən keçirdiyi qeyd olunub. Eyni zamanda İsrail boğazın minalanmasından məsuliyyət daşıyan İran İnqilabı Keçşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri komandanını öldürdüyünü bəyan edib.
ABŞ Mərkəzi Komandanlığı isə İran donanmasının bütün şəxsi heyətinə xidməti dayandırmaları, əks halda ölüm riski ilə üzləşəcəkləri barədə çağırış edib.

