İran Silahlı Qüvvələri: Omanda ABŞ-a məxsus gəmini hədəf aldıq



İran Silahlı Qüvvələrinin "Xatəmül-Ənbiya" Mərkəzi Qərargahı Omanın Salalə limanından uzaq məsafədə ABŞ-a məxsus bir gəmini hədəf aldıqlarını açıqlayıb. 

AFN.az xəbər verir ki, qərargah ABŞ qüvvələrinə qarşı həyata keçirilən hücumlarla bağlı rəsmi bəyanat yayıb.

Bildirişdə qeyd olunub ki, əməliyyat Salalə limanı yaxınlığında deyil, ondan xeyli uzaq məsafədə yerləşən Amerika gəmisinə qarşı gerçəkləşdirilib. Sənəddə həmçinin vurğulanıb ki, İran Omanın milli suverenliyinə hörmətlə yanaşır və bu addım yalnız ABŞ hərbi hədəflərinə qarşı yönəlib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu