Omandakı Salalə limanına PUA hücumu edilib
Oman xəbər agentliyi Omandakı Salalə limanına pilotsuz uçuş aparatları (PUA) ilə hücum edildiyini bildirib.
AFN.az xəbər verir ki, Omanın rəsmi agentliyi ONA-nın "X" sosial media platformasındakı hesabında yayımlanan xəbərdə məsələ ilə bağlı təfərrüatlar paylaşılıb.
Təhlükəsizlik mənbəsinə istinadən verilən məlumatda Salalə limanının 2 PUA ilə hədəf alındığı qeyd olunub. Hadisə zamanı limanda çalışan xarici işçilərdən birinin orta dərəcəli xəsarət aldığı və liman obyektindəki kranlardan birinə müəyyən ziyan dəydiyi bildirilib.
Xəbərdə həmçinin vurğulanıb ki, Oman bu vəhşi hücumu kəskin şəkildə pisləyir və ölkənin təhlükəsizliyini, eləcə də sakinlərinin əmin-amanlığını təmin etmək üçün bütün zəruri tədbirləri görəcək.



