Çin “Üçüncü Cəbhəni” yenidən açır?



Çin ABŞ ilə artan rəqabət və təhlükəsizlik riskləri fonunda Soyuq müharibə dövründəki “Üçüncü Cəbhə” strategiyasını yenidən canlandıraraq daxili bölgələrini müdafiə və sənaye üçün ehtiyat bazaya çevirməyə hazırlaşır.

AFN.az xəbər verir ki, Pekin rəhbərliyi onilliklər əvvəl tətbiq etdiyi hərbi-strateji planı müasir geosiyasi gərginlik şəraitində yenidən gündəmə gətirib.

İlk dəfə Mao Tszedun tərəfindən 1964-cü ildə başladılan bu strategiya, mümkün hücuma qarşı ölkənin daxili və dağlıq bölgələrində gizli sənaye və müdafiə infrastrukturunun qurulmasını hədəfləyirdi. “The Guardian” nəşrinin analizində qeyd olunur ki, dəyişən təhlükəsizlik mühiti ilə əlaqədar Çin daxili bölgələri yenidən ehtiyat istehsal və müdafiə sahəsi kimi mövqeləndirir.

Çin Kommunist Partiyasının 2024-cü ildə qəbul etdiyi qərarla strateji hinterlandın inkişaf etdirilməsi və kritik sektorlar üçün ehtiyat planların yaradılması prioritetə çevrilib. Analitiklər Si Cinpin rəhbərliyinin bu yanaşmasını müasir “Üçüncü Cəbhə”nin göstəricisi kimi qiymətləndirir. Çinin müdafiə xərcləri 2024-cü il etibarilə 317,6 milyard dollara çatıb, yerli istehsalın güclənməsi sayəsində silah idxalı isə 70 faiz azalıb.

Eyni zamanda regionda Yaponiya ilə yaşanan gərginlik də diqqət mərkəzindədir. Ekspertlərin fikrincə, bütün bu proseslər qlobal güc rəqabətinin yeni mərhələyə qədəm qoyduğunu və dünyanın faktiki olaraq yeni bir Soyuq müharibə dinamikasına yaxınlaşdığını göstərir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu