Dron müharibələri qlobal müdafiə sənayesini pozur - KİV


“Dron müharibəsi dövründə” yeni, effektiv döyüş texnologiyalarının sürətlə yayılması qlobal müdafiə sənayesinin qurulmuş iyerarxiyasını sarsıdır.


Bu barədə "Financial Times"in (FT) analizində bildirilir.

"Ənənəvi silah proqramları inkişaf etmək üçün illər, bəzən onilliklər tələb edir və əhəmiyyətli dövlət büdcələrinə, eləcə də böyük tədqiqat və sınaq qurğularına əsaslanır. Bunun əksinə olaraq, Ukraynadakı münaqişə zamanı istifadəsi artan pilotsuz uçuş aparatları (PUA) ucuz, səmərəli və çox tez istehsal olunur ki, bu da qlobal müdafiə sənayesində kiçik oyunçular və qurulmuş sənaye nəhəngləri arasında rəqabət sahəsini bərabərləşdirməyə kömək edir" - deyə nəşrin materialında qeyd edilib.

Ukrayna pilotsuz təyyarələri üçün proqram təminatı hazırlayan Amerikanın "Auterion" şirkətinin rəhbəri Lorenz Meyerin sözlərinə görə, yeni texnologiyaların inkişafı və tətbiqi dövrünün müddəti çox qısadır. İsveçin "Saab" konserninin baş direktoru Mikael Yohanssonun fikrincə0, Ukraynada baş verən hadisələr göstərir ki, bazar üçün vaxt və daha çevik inkişaf vacibdir. "Uzun illər çəkə bilən mükəmməl məhsulu inkişaf etdirməkdənsə, sınaqdan keçirilə, dəyişdirilə və yenidən sınaqdan keçirilə bilən məhsulların sürətlə yaradılması vacibdir" - deyə o, fikrini əsaslandırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu