İranın B1 körpüsünə ikinci hücumdan sonra bölgədə elektrik enerjisi kəsilib



ABŞ və İsrailin İranın Elburz əyalətinin Kərəc şəhərində yerləşən B1 körpüsünə təşkil etdiyi ikinci hücumdan sonra Çalus yolu marşrutu üzrə elektrik enerjisinin kəsildiyi bildirilir.

AFN.az xəbər verir ki, Elburz Elektrik Paylayıcı Şirkətindən verilən açıqlamaya görə, ölkənin şimal bölgələrinə nəqliyyat bağlantısını təmin edən bu strateji xətt boyu enerji təminatı dayanıb.

Şirkət rəsmiləri kəsintilərin aradan qaldırılması və infrastrukturun bərpası üçün briqadaların gücləndirilmiş iş rejimində çalışdığını qeyd ediblər. Xatırladaq ki, ABŞ və İsrail qüvvələri Kərəc şəhərindəki B1 körpüsünü iki ayrı hava zərbəsi ilə hədəf alıb.

Birinci hücum zamanı körpünün orta hissəsi dağılıb və nəticədə 2 nəfər həyatını itirib. İkinci zərbənin isə xilasetmə və yardım qruplarının hadisə yerində fəaliyyət göstərdiyi vaxt endirildiyi vurğulanır. Hazırda bölgədə gərginliyin davam etdiyi və dəymiş ziyanın tam miqyasının müəyyənləşdirildiyi bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu