Əraqçidən Körfəzə nüvə fəlakəti xəbərdarlığı: Həyat sona çata bilər



İranın Xarici İşlər Naziri Abbas Əraqçi ABŞ və İsrailin hədəf aldığı Bəsrə körfəzi sahilindəki Buşehr Nükleer Enerji Stansiyasında baş verə biləcək mümkün radioaktiv sızmanın Körfəz ölkələrində həyatı tamamilə dayandıra biləcəyi barədə xəbərdarlıq edib.

AFN.az xəbər verir ki, Əraqçi "X" sosial media platformasındakı hesabından paylaşdığı mesajında beynəlxalq birliyin Buşehr Nükleer Enerji Stansiyası və neft-kimya müəssisələrinə təşkil edilən hücumlara qarşı səssiz qalmasını kəskin tənqid edib.

O, Qərbin Ukraynadakı Zaporojye AES ətrafındakı qarşıdurmalara göstərdiyi reaksiyanı xatırladaraq, İsrail və ABŞ-ın Buşehr stansiyasını artıq dördüncü dəfə bombaladığını diqqətə çatdırıb. İranlı nazir vurğulayıb ki, baş verə biləcək radioaktiv sızıntı Tehrandan daha çox Körfəz Əməkdaşlıq Şurası ölkələrinin paytaxtlarında yaşayışı məhv edə bilər.

Əraqçi həmçinin əlavə edib ki, neft-kimya sektoruna edilən hücumlar bu hərbi əməliyyatların əsl məqsədlərini aydın şəkildə ortaya qoyur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu