İranın cənubundakı Bəndər Lenge şəhərində ABŞ-İsrail hücumu nəticəsində iki gəmi alovlanıb
İranın cənubundakı Hörmüzgan əyalətinə bağlı Bəndər Lenge şəhərində liman körpüsünə edilən ABŞ-İsrail hücumu nəticəsində 2 mülki ticarət gəmisində yanğın çıxdığı bildirilib.
AFN.az xəbər verir ki, "Mehr" xəbər agentliyinin məlumatına görə, hücum zamanı bir nəfər yaralanıb. Hadisə nəticəsində bölgə sakinlərinə məxsus olduğu bildirilən 2 ticarət gəmisində başlayan yanğının söndürülməsi üçün xilasetmə və dəniz xidmətlərinin əməliyyatları davam edir.
Yerli mənbələr hücumun mülki infrastruktura və ticarət obyektlərinə ciddi ziyan vurduğunu qeyd edirlər. Hazırda ərazidə tüstülənmənin davam etdiyi və liman fəaliyyətinin qismən məhdudlaşdırıldığı bildirilir.
