İsrailin Rafahdakı mülki məntəqəyə hücum nəticəsində 11 nəfər ölüb


İsrail ordusunun Qəzzanın cənubundakı Rəfah şəhərində dinc sakinləri hədəf alan hücumunda 11 nəfərin öldüyü, 25 nəfərin yaralandığı bildirilib.


Şahidlərdən alınan məlumata görə, İsrail ordusuna aid döyüş təyyarələri Rəfah şəhərinin şərqində Səlahəddin küçəsində mülki əhalinin olduğu məntəqəni bombalayıb.

Səhiyyə mənbələrindən alınan məlumata görə, hücum nəticəsində 11 nəfər ölüb, 25 nəfər yaralanıb.

Bildirilib ki, yaralılar Qəzzanın Xan Yunus şəhərindəki Avropa xəstəxanasına aparılıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu