Qəssam Briqadaları Qəzzada 10 İsrail əsgər və zabitini öldürdüklərini açıqlayıb


HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza şəhərinin şərqində ən azı 10 İsrail əsgər və zabitini öldürdüyünü açıqlayıb.


Qəssam Briqadalarından verilən açıqlamada, Fələstin müqavimətinin Qəzzanın şərqindəki Şucaiyye mahalı və Həsəneyn küçəsində İsrail ordusunun piyada qüvvələrini yüksək tutumlu partlayıcılarla hədəf aldığı bildirilib.

Hücum zamanı İsrail ordusunun ən azı 10 əsgər və zabitinin həlak olduğu qeyd edilib.

Şucaiyyedə İsrail ordusuna aid iki "Merkava" tankının "Yasin 105" tank əleyhinə raketləri ilə hədəfə alındığı, Şeyx Rıdvan rayonunda isə İsrail ordusuna aid 4 tank və 4 hərbi nəqliyyat vasitəsinin vurulduğu bildirilib.

Bəyanatda həmçinin Qəzza şəhərinin cənub-şərqindəki Əz-Zeytun bölgəsində bir İsrail tankının hədəf alındığı qeyd edilib.

İsrail ordusu dünən Cibaliya və Şucaiye bölgələrində baş verən qarşıdurmalarda biri polkovnik olmaqla 10 İsrail əsgərinin öldüyünü açıqlayıb. Ordu bu səhər Qəzza zolağının cənubunda baş verən toqquşmalarda bir İsrail zabitinin həlak olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu