Tehranda süni intellekt infrastrukturu vuruldu



ABŞ və İsrailə məxsus qırıcı təyyarələr İranın paytaxtı Tehrandakı süni intellekt infrastrukturunu hədəf alıb.

AFN.az xəbər verir ki, İran mətbuatının yaydığı məlumata görə, hücum Şərif Texnologiya Universiteti nəzdində fəaliyyət göstərən məlumat mərkəzinə (data center) təşkil edilib.

"Fars News" agentliyi hücumun bazar günü axşam saatlarında baş verdiyini və sözügedən obyektin ölkənin süni intellekt platforması ilə yanaşı, minlərlə rəqəmsal xidmət üçün baza rolunu oynadığını bildirib. İranın ən nüfuzlu ali təhsil müəssisələrindən biri sayılan universitetin rektoru Məsud Tehrançı hücumdan sonra yayımladığı video müraciətdə bu hadisəni kəskin pisləyib.

Rektor universitetin elm və mədəniyyətin yayılmasına xidmət edən bir qurum olduğunu xüsusi vurğulayıb.

İlkin məlumatlara görə, zərbə nəticəsində can itkisi qeydə alınmayıb, lakin texnoloji infrastruktura ciddi ziyan dəydiyi ehtimal olunur.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu