ABŞ mediası: Küveytdəki bazaya hücum nəticəsində 15 Amerika hərbçisi yaralanıb
ABŞ mediası Küveytdəki Əli əl-Salim aviabazasına İran mənşəli pilotsuz uçuş aparatı (PUA) ilə təşkil edilən hücum nəticəsində 15 Amerika hərbçisinin yaralandığını bəyan edib.
AFN.az xəbər verir ki, Amerikanın "CBS News" telekanalına danışan iki ABŞ rəsmisi sözügedən PUA hücumu ilə bağlı ətraflı məlumat verib.
Açıqlamada gecə saatlarında Əli əl-Salim aviabazasına endirilən zərbə nəticəsində xəsarət alan 15 hərbçidən bəzilərinin artıq öz xidməti vəzifələrinə geri döndüyü bildirilib.

