İranın Səudiyyə Ərəbistanındakı bazaya hücumu nəticəsində azı 15 ABŞ əsgəri yaralanıb



İran Səudiyyə Ərəbistanında yerləşən Şahzadə Sultan aviabazasına raket və PUA hücumu edib. 

AFN.az xəbər verir ki, hücumda 5-i ağır olmaqla azı 15 amerikalı hərbçinin yaralandığı, bazadakı binaların və yanacaqdoldurma təyyarələrinin ciddi zərər gördüyü bildirilir.

İran ötən axşam saatlarında Səudiyyə Ərəbistanındakı sözügedən bazaya 6 ballistik raket və 29 pilotsuz uçuş aparatı vasitəsilə cavab zərbələri endirib. İran hərbi rəsmiləri bir təyyarənin tamamilə məhv edildiyini, üçünün isə sıradan çıxdığını açıqlayarkən, peyk görüntüləri də bazadakı dağıntıları təsdiqləyib.

Paytaxt Ər-Riyad yaxınlığında yerləşən və təxminən 3 min ABŞ əsgərinə ev sahibliyi edən baza müharibənin əvvəlindən bəri sistematik olaraq hədəf alınır. Eyni zamanda, ABŞ və İsrailin İrandakı Buşəhr nüvə stansiyasını hədəf aldığı, lakin müəssisədə hər hansı texniki nasazlıq və ya can itkisinin yaşanmadığı qeyd edilib.

Bölgədə gərginlik artarkən, müharibənin başlanğıcından bu yana həlak olan amerikalı hərbçilərin sayının 13-ə, yaralıların sayının isə 300-dən yuxarı qalxdığı bildirilir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu