İran raket və PUA qıtlığının olmadığını bəyan edib
İran həm müdafiə, həm də hücum əməliyyatlarını davam etdirmək üçün raketlər, pilotsuz uçuş aparatları (PUA) və digər silah növləri ilə tam təmin olunub.
AFN.az xəbər verir ki, bu barədə İslam Respublikası Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general Rza Talayinik bəyanat verib.
"Silahlı qüvvələrin raket, pilotsuz təyyarələr və digər silah, texnika və sursat sahəsindəki strateji ehtiyatları düşmənləri məğlub etmək üçün effektiv hücum və müdafiə hərəkətlərini davam etdirməyə imkan verəcək dərəcədə təmin edilib", — deyə o, bildirib.
General qeyd edib ki, ölkənin hərbi sənayesi daxili resurslar hesabına ordunun bütün ehtiyaclarını qarşılamaq iqtidarındadır və mövcud arsenal uzunmüddətli əməliyyatlara hesablanıb.




