Niderlandda antisemitizmin səviyyəsi yüksək olaraq qalır


Niderland polisi 2025-ci ildə 867 antisemitizm hadisəsi qeydə alıb ki, bu da əvvəlki ilin göstəricisinə (880 hadisə) yaxındır.

AFN.az yerli ANP agentliyinə istinadən xəbər verir ki, antisemitizmlə mübarizə üzrə milli koordinator Eddo Verdoner bu rəqəmləri "təşviş doğuracaq dərəcədə yüksək" adlandırıb.

Verdoner nifrətin cəmiyyətdə yeni normaya çevrilməsindən ciddi narahatlığını ifadə edib. Məlumata görə, şikayətlərin təxminən yarısı fiziki şəxslərə və yəhudi təşkilatlarına qarşı birbaşa təhdidlərlə bağlıdır.

Hazırda ölkədəki yəhudi icmasının təhlükəsizliyi yalnız polis mühafizəsi, müşahidə kameraları və zirehli şüşələr sayəsində mümkün olur. Bu səbəbdən koordinator hakimiyyəti xüsusilə məktəblərdə və internet resurslarında bu bəla ilə mübarizəni gücləndirməyə çağırıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu