ABŞ Suriyadakı Kasrek hərbi bazasından çıxdı



ABŞ ordusunun tərk etdiyi Həsəkədəki Kasrek aviabazası Suriya ordusunun nəzarətinə keçib.

AFN.az xəbər verir ki, Suriya Müdafiə Nazirliyinin Media və Kommunikasiya Ofisinin rəsmi xəbər agentliyi SANA-da dərc olunan açıqlamasına görə, beynəlxalq koalisiya qüvvələrinin geri çəkilməsindən sonra Suriya ordusunun bölmələri Həsəkə çölündə yerləşən Kasrek aviabazasını təhvil alıb.

Yerli mənbələrdən əldə edilən məlumata görə, ABŞ qüvvələrinin təxliyəsindən sonra bəzi silahlı ünsürlər bazadakı nəqliyyat vasitələrini yandırıblar. Hadisənin ardınca Kasrek aviabazası tamamilə Suriya ordusunun nəzarətinə keçib.

Hazırda ABŞ ordusu Qamışlı və Həsəkədəki təhlükəsizlik ofisləri, eləcə də "İstirahat əl-Vəzir" bazasında mövcudluğunu davam etdirir. Regionda hərbi dislokasiyanın dəyişməsi müşahidə olunur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu