ABŞ Suriyadakı bazalarına 100-ə yaxın hərbi və logistik dəstək vasitəsi göndərib


ABŞ ordusu Suriyada terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Haseke vilayətindəki bazalara təxminən 100 maşından ibarət hərbi və logistika gücləndirmə karvanı göndərib.


Yerli mənbələrdən əldə edilən məlumata görə, dünən İraq və Suriya arasındakı əl-Valid sərhəd-keçid məntəqəsindən ABŞ qüvvələrinin iki karvanı Həsəkəyə daxil olub.

Təxminən 100 maşından ibarət iki karvan ABŞ qüvvələrinin Həsəkə çölündə terror təşkilatı PKK/YPG-nin işğalı altında olan Şeddadi, Rumeylan və Tel Beyder yaşayış məntəqələrindəki bazalarına çatıb.

Havadan vertolyotlarla qorunan konvoylarda zirehli texnika, yanacaq tankerləri və çoxlu sursat yüklü maşınlar olub.

ABŞ ordusu terror təşkilatı PKK/YPG-nin Həsəkə çölündə 6, 8, 22, 25 yanvar və 19, 20 iyun tarixlərində işğal etdiyi Rumeylan, Şeddadi və Tel Beyder qəsəbələrindəki baza və məntəqələrə əlavə qüvvə göndərib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu