Ağ Evdən İranla bağlı açıqlama: İcazə verməyəcəyik
Ağ Evin sözçü müavini Oliviya Uels ABŞ mətbuatına İran-ABŞ danışıqları ilə bağlı mühüm açıqlamalar verib.
AFN.az xəbər verir ki, Uels ABŞ-ın İranla apardığı müzakirələri media üzərindən idarə etməyəcəyini vurğulayaraq, bu görüşlərin olduqca həssas diplomatik proseslər olduğunu və ictimaiyyət qarşısında müzakirə edilməyəcəyini qeyd edib.
Uels həmçinin bildirib ki, Prezidentin də ifadə etdiyi kimi, ABŞ bütün üstünlükləri öz əlində saxlayır və yalnız Amerika xalqının maraqlarını hər şeydən üstün tutan, İranın heç bir zaman nüvə silahına sahib olmasına imkan verməyəcək bir razılaşmanı qəbul edəcək.
