Aİ: Üzv ölkələrdə müdafiə layihələri bir-biri ilə uyğun deyil



Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas üzv ölkələrdə həyata keçirilən müdafiə layihələrinin əksəriyyətinin bir-biri ilə uyğun olmadığını bildirib.

AFN.az xəbər verir ki, o, bu barədə Brüsseldə keçirilən Aİ Müdafiə Nazirləri toplantısı öncəsi açıqlama verib.

Kallas qeyd edib ki, hazırda üzv ölkələr arasında koordinasiyasız çox sayda layihə mövcuddur və bu vəziyyət müdafiə potensialının inkişafını ləngidir. O, ciddi maliyyələşməyə baxmayaraq Avropa müdafiə sənayesinin istehsal tempini kifayət qədər artıra bilmədiyini vurğulayıb: “Biz müdafiə istehsalını daha sürətli artırmalıyıq və ehtiyac duyulan hərbi imkanları ortaq tədarük yolu ilə təmin etməliyik”.

Toplantının əsas gündəm maddələrindən biri də Ukraynaya dəstək olacaq. Ukraynanın müdafiə naziri Mixaylo Fedorovun da iştirak edəcəyi görüşdə 90 milyard avroluq kreditin təcili ehtiyaclara yönəldilməsi müzakirə olunacaq.

Kallas həmçinin Orta Şərqdəki vəziyyətə toxunaraq, Livan ordusuna dəstək məqsədilə yeni missiyanın yaradılması və Qırmızı dənizdəki “Aspides” missiyasının gücləndirilməsi üçün üzv dövlətlərin daha çox gəmi və resurs ayırmasının vacibliyini qeyd edib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu