Tramp Çində
ABŞ Prezidenti Donald Tramp 8 il yarım fasilədən sonra Çinə reallaşdıracağı rəsmi səfər çərçivəsində bu ölkəyə gedib.
AFN.az xəbər verir ki, Ağ Ev rəhbərinin Pekinə səfəri Çin sədri Si Cinpinin dəvəti ilə baş tutur və 13-15 may tarixlərini əhatə edəcək.
Qeyd edək ki, ABŞ-dan Çinə lider səviyyəsində sonuncu səfər yenə Donald Trampın ilk prezidentliyi dövründə, yəni 2017-ci ildə baş tutmuşdu. Səfər çərçivəsində tərəflər arasında həm iqtisadi, həm də strateji məsələlərin müzakirə olunacağı gözlənilir.

