Tramp və Si 7-ci dəfə üz-üzə gəlir: Görüşdən nə gözlənilir?



ABŞ Prezidenti Donald Trampın bu həftə Çinə edəcəyi səfər 2017-ci ildən bəri bir ABŞ liderinin bu ölkəyə ilk səfəri olacaq və Trampla Çin lideri Si Cinpinin 7-ci görüşü kimi tarixə düşəcək.

AFN.az xəbər verir ki, üç gün davam edəcək zirvə qlobal siyasət və iqtisadiyyat baxımından mühüm hesab olunur.

Dünyanın ən böyük iki iqtisadiyyatının liderləri görüşdə ABŞ–İsrail–İran müharibəsi, ticarət müharibələri və Tayvanın statusu kimi kritik məsələləri müzakirə edəcəklər. 2017-ci ildə Floridada başlayan liderlər dialoqu sonrakı illərdə dərin rəqabət və qarşılıqlı iqtisadi sanksiyalarla müşayiət olunsa da, diplomatik kanalların hələ də açıq olduğu bildirilir.

Xatırladaq ki, 2025-ci ildə Cənubi Koreyada keçirilən APEC zirvəsi yüksək tariflərin ardından müvəqqəti ticarət atəşkəsi ilə nəticələnmişdi. Pekində keçiriləcək yeni zirvə isə həm bu atəşkəsin gələcəyi, həm də regional münaqişələrin gedişi baxımından həlledici rol oynayacaq.

Analitiklər hesab edirlər ki, bu görüş yalnız ABŞ–Çin münasibətlərini deyil, Yaxın Şərqdəki müharibənin gedişini və qlobal enerji təhlükəsizliyini də birbaşa təsir altına ala bilər. İki ölkə arasında texnologiya ixracı və nadir torpaq elementləri üzərindən gedən "soyuq müharibənin" yumşalıb-yumşalmayacağı dünyanın diqqət mərkəzindədir.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu